AFFA-da İsveçrə Konfederasiyasının səfiri ilə görüş keçirildi

AFFA-da İsveçrə Konfederasiyasının səfiri ilə görüş keçirildi İsveçrəli azarkeşlərin gəlişi ilə bağlı müzakirələr aparılıb
Futbol
22 Aprel , 2021 17:17
AFFA-da İsveçrə Konfederasiyasının səfiri ilə görüş keçirildi
Muriel Peneveyre və Elxan Məmmədov

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov milli assosiasiyanın inzibati binasında İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına İsveçrə millisinin, o cümlədən isveçrəli azarkeşlərin gəlişi ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AVRO-2020-nin A qrupunda İsveçrə yığması Bakı Olimpiya Stadionunda iyunun 12-də Uels, iyunun 20-də isə Türkiyə millisi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi