AFFA Cocuq Mərcanlıda “Cəsur ürəklər” festivalı keçirib

AFFA Cocuq Mərcanlıda “Cəsur ürəklər” festivalı keçirib Bakı. 30 mart. REPORT.AZ/ AFFA-nın dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində “Cəsur ürəklər” adlı festival keçirilib.
Futbol
30 Mart , 2018 11:32
AFFA Cocuq Mərcanlıda “Cəsur ürəklər” festivalı keçirib
Affa.az

Bakı. 30 mart. REPORT.AZ/ AFFA-nın dəstəyi ilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində “Cəsur ürəklər” adlı festival keçirilib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunub. Festivalda 200-ə yaxın uşaq və yeniyetmə iştirak edib.

Bundan əlavə, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim ediləcək. Həmçinin Cocuq Mərcanlıda AFFA tərəfindən süni örtüklü futbol meydançası inşa olunacaq. İnşaat xərclərini AFFA-nın irəli sürdüyü layihəni müsbət dəyərləndirən "UEFA Children Foundation" (UEFA Uşaq Fondu) ödəyəcək.

Qeyd edək ki, AFFA-nın ötən ilin sonlarında irəli sürdüyü “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə "UEFA Children Foundation" tərəfindən təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi