AFFA Azərbaycan millisinin baş məşqçi məsələsi ilə bağlı məlumat yayıb

AFFA Azərbaycan millisinin baş məşqçi məsələsi ilə bağlı məlumat yayıb Bakı. 25 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam etməkdədir.
Futbol
25 Yanvar , 2019 15:55
AFFA Azərbaycan millisinin baş məşqçi məsələsi ilə bağlı məlumat yayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam etməkdədir.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirilib. Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq.

Proseslə bağlı rəsmi məlumatlar operativ və dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi