AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən Premyer Liqa, I və II Liqa klublarında çalışan azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün onlayn seminar təşkil olunub.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə həmin şəxslər üçün lisenziyalaşdırma qaydalarında tətbiq olunacaq tələblər, onların klublara faydaları, oyundan əvvəl, oyun zamanı və oyundan sonra görməli olduğu işlər haqqında təqdimat nümayiş etdirilib.
Seminardan sonra təşkilati məsələlər üzrə müzakirələr aparılıb və onların təklifləri dinlənilib.
Bu cür tədbirlərin mütəmadi təşkil olunacağı, daha sıx işbirliyinin aparılacağı barədə klub nümayəndələrinə məlumat verilib.