Bakı. 4 dekabr. REPORT.AZ/ “Azərbaycan futbolunda ən böyük problemlərdən biri azarkeş qıtlığıdır. Toplantında bu məsələ də müzakirə olundu”.
“Report” xəbər verir ki, bunu “Neftçi” klubunun prezidenti Kamran Quliyev Premyer Liqada tamaşaçı azlığının səbəbləri barədə AFFA Klublar Komitəsinin bugünkü iclasından sonra danışarkən deyib. O, azarkeşlərlə işlərin təkmilləşdirilməsini müzakirə etdiklərini bildirib: "Mövcud rəqəmləri qoruyub, azarkeş sayının artması üçün işlərin görülməsi üçün addımlar atılmalıdır. Bu yöndə müəyyən tövsiyələr də olub. Ümumi bir konsepsiya yaradılmalıdır".
K.Quliyevin sözlərinə görə, tamaşaçı sayının artırılması üçün AFFA da öz təkliflərini verməyə hazırdır: "Bu işin stimullaşdırılması üçün tədbirlər, konsertlər, əvvələr olduğu kimi lotereyalar və s. təşkil etmək olar. Milli assosiasiya bu istiqamətdə işlərin aparılması üçün klublara həm müraciət etdi, həm də dəstəyini təklif etdi”.