AFFA Ağdam və Tərtərdə UEFA-nın təsdiqlədiyi layihəni həyata keçirəcək

AFFA Ağdam və Tərtərdə UEFA-nın təsdiqlədiyi layihəni həyata keçirəcək Bakı. 16 fevral. REPORT.AZ/ AFFA-nın dəstəyi ilə Azərbaycanın cəbhə bölgəsində Cəsur ürəklər adlı layihə həyata keçiriləcək.
Futbol
16 Fevral , 2018 10:37
AFFA Ağdam və Tərtərdə UEFA-nın təsdiqlədiyi layihəni həyata keçirəcək

Bakı. 16 fevral. REPORT.AZ/ AFFA-nın dəstəyi ilə Azərbaycanın cəbhə bölgəsində "Cəsur ürəklər" adlı layihə həyata keçiriləcək.

"Report"un məlumatına görə, layihə fevralın 19-da Ağdamda, ertəsi gün isə Tərtərdə gerçəkləşdiriləcək. Məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. 

Qeyd edək ki, AFFA-nın ötən il irəli sürdüyü “Brave Hearts” ("Cəsur ürəklər") layihəsi UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi