AFFA 3 komandada yaş limitinin pozulması hallarını aşkarlayıb

AFFA 3 komandada yaş limitinin pozulması hallarını aşkarlayıb Bakı. 30 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə liqalarda ötən turun oyunlarından sonra 5 komandaya texniki məğlubiyyət verilməsi ilə bağlı qərar çıxarıb.
Futbol
30 Oktyabr , 2018 17:32
AFFA 3 komandada yaş limitinin pozulması hallarını aşkarlayıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə liqalarda ötən turun oyunlarından sonra 5 komandaya texniki məğlubiyyət verilməsi ilə bağlı qərar çıxarıb.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, U-10 Liqasında Yevlax UGİM-i ilə matçda heyətində yetərsay olmayan Ağdaş UGİM-ə 0:3 hesablı texniki məğlubiyyət verilib. “Kürdəmir Gİİ” isə “Çərəkə” (Göyçay) ilə görüşə gəlmədiyi üçün analoji cəza ilə üzləşib.

U-13 qızlar liqasında “Fidan” “Keşlə” ilə, “Zaqatala” Qax UGİM-lə, “Xan Lənkəran” isə İsmayıllı UGİM-lə oyunda yaş limitini pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət alıb. 

Qeyd edək ki, AFFA İntizam Komitəsi I Divizionun VIII turunda "Neftçi -2" ilə səfər matçında limiti pozduğu üçün "Səbail-2" komandasına da texniki məğlubiyyət verib.

Son xəbərlər

Orphus sistemi