AEL-in futbolçusu: "Bakıda qələbə qazanmaq üçün hər şeyi edəcəyik"

AEL-in futbolçusu: "Bakıda qələbə qazanmaq üçün hər şeyi edəcəyik" "Komandamızın sərgilədiyi oyundan məmnunam. Qələbə qazanmaq üçün hər şeyi etdik".
Futbol
6 Avqust , 2021 15:30
AEL-in futbolçusu: Bakıda qələbə qazanmaq üçün hər şeyi edəcəyik

"Komandamızın sərgilədiyi oyundan məmnunam. Qələbə qazanmaq üçün hər şeyi etdik".

"Report"un məlumatına görə, bu fikirləri Kipr AEL-inin futbolçusu Manuel Torres "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

İspaniyalı yarımmüdafiəçinin sözlərinə görə, qol vurmaq üçün xeyli şansları olsa da, bunların yalnız birindən istifadə ediblər: "Son dəqiqələrdə isə öz səhvimizdən qapımızda qol gördük. Bununla belə, pley-offa adlayacağımıza inanıram".

AEL-in serbiyalı yarımmüdafiəçisi Slobodan Medoyeviç isə deyib ki, dünənki matçda "Qarabağ" kimi komandalara qarşı oynaya bildiklərini sübut etdilər: "Avrokuboklarda uğurlu çıxış üçün daha çox təcrübə lazımdır. "Qarabağ" illərdir qrup mərhələsində oynayır. İlk hissədə yaxşı təsir bağışladıq. İkinci yarıda penaltidən fərqlənməklə hesabda önə keçdik. Təəssüf ki, matçın sonlarında şanssız qol buraxdıq. Bu, hardasa təcrübəsizliyimizin də nəticəsi ola bilər. Amma qarşıda cavab matçı var. Bakıda qələbə qazanmaq üçün üçün hər şeyi edəcəyik".

Limassol təmsilçisinin şimali makedoniyalı yarımmüdafiəçisi Davor Zdravkovski "Qarabağ"dan daha yaxşı oynadıqlarını söyləyib: "Daha çox qol vura bilərdik. Amma bu, futboldur. Şanssız qolla qələbəni əldən verməyimizə baxmayaraq, konsentrasiyamızı itirmirik. Bizi daha bir oyun gözləyir. Bəlkə də təcrübəmiz azdır. Amma əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Qarabağ" və AEL arasında cavab matçı avqustun 12-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi