AEL-in baş məşqçisi: "Qarabağ"ı tanıyırıq, mərhələni keçə bilərik"

AEL-in baş məşqçisi: "Qarabağ"ı tanıyırıq, mərhələni keçə bilərik" "Avrokuboklarda favorit olmur. "Qarabağ"ı yaxşı tanıyırıq".
Futbol
500
3 Avqust , 2021 12:42
AEL-in baş məşqçisi: Qarabağı tanıyırıq, mərhələni keçə bilərik

"Avrokuboklarda favorit olmur. "Qarabağ"ı yaxşı tanıyırıq".

"Report"un məlumatına görə, bu fikirləri Kiprin AEL klubunun baş məşqçisi Duşan Kerkez "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

45 yaşlı mütəxəssis bildirib ki, növbəti raunda adlamaq şansları var: "Bunun üçün bizə azarkeşlərin dəstəyi lazımdır".

Limassol təmsilçisinin yarımmüdafiəçisi Slobodon Medoyeviç isə güclü rəqiblə üz-üzə gələcəklərini söyləyib: "Qarabağ" favoritdir. Amma bizi ev və səfər oyunları gözləyir. Mərhələni keçə bilərik. Albaniya "Vlajnia"sı ilə matçlarda fanatlarımız bizə möhtəşəm dəstək verdilər. Eyni şeyi "Qarabağ"la oyunlarda da gözləyirik".

Qeyd edək ki, "Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək. Səfərdəki matç Bakı vaxtı ilə saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi