Adı "Neftçi" ilə hallanan futbolçu həbs olundu

Adı "Neftçi" ilə hallanan futbolçu həbs olundu Albaniyanın "Partizani" klubunun nigeriyalı sabiq futbolçusu Teofilus Solomon ölkəsində həbs olunub
Futbol
3 Mart , 2021 11:50
Adı Neftçi ilə hallanan futbolçu həbs olundu
Teofilus Solomon

Albaniyanın "Partizani" klubunun nigeriyalı sabiq futbolçusu Teofilus Solomon ölkəsində həbs olunub.

"Report" "Panoramasport"a istinadən xəbər verir ki, buna 25 yaşlı forvardın küçədə sevgilisi ilə mübahisə etməsi və onu döyməsi səbəb olub. Afrikalı forvard həmçinin 300 000 avro məbləğində cərimələnib.

Bir neçə gündür həbsxanada olan oyunçu apellyasiya şikayəti verib. Məhkəmə Solomonun şikayətini qismən təmin edib. Futbolçu təzminatı ödədikdən sonra ev dustaqlığına buraxılacaq.

Qeyd edək ki, Teofilus Solomonun adı qış fasiləsində "Neftçi" ilə hallanırdı.

Son xəbərlər

Orphus sistemi