Maddi yardım üçün FIFA-ya müraciət edən futbolçuların sayı açıqlandı - RƏSMİ
Futbol
- 15 iyun, 2020
- 10:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
441 futbolçu maddi kömək məqsədi ilə FIFA-ya müraciət edib.
"Report" qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, bunlar maaşları ödənməyən oyunçulardır. Klublar koronavirus pandemiyası səbəbindən iflas etdikləri və ya maliyyə problemi ilə üzləşdikləri üçün ödəniş edə bilmirlər.
Müraciət edən oyunçuların 81 faizi Avropa klublarını təmsil edir. FIFA Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) vasitəsi ilə müraciətləri qəbul etməyə davam edəcək.
Qeyd edək ki, daha əvvəl FIFA və FIFPro müflis olan və ya maliyyə problemi ilə üzləşən oyunçulara yardım üçün fond yaradıb. Fond iyulun 1-dən fəaliyyətə başlayacaq.
Son xəbərlər
15:40
Azərbaycandakı bankların əməliyyat mənfəətinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
15:32
Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"
İKT
15:25
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
İKT
15:20
Azərbaycandakı bankların qeyri-faiz xərclərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
15:18
Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib
Digər ölkələr
15:13
Foto
NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb
Elm və təhsil
15:12
David Qordo: "Futbolçular Bakıda qazandıqları çempionluğu ömürləri boyu xatırlayacaqlar"
Futbol
15:05
Foto
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb
Elm və təhsil
15:03
MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir
İKT