"Nike" geyim şirkəti Rusiyanın "Spartak" (Moskva) klubu ilə əməkdaşlığı dayandırıb.
"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna Moskva klubunun növbəti mövsüm avrokuboklarda iştirak etməməsi səbəb olub.
ABŞ şirkəti məsələ ilə bağlı "Spartak"ı məlumatlandırıb. Klub hazırda yeni avadanlıq tədarükçüsü axtarır.
Qeyd edək ki, "Nike" 2005-ci ildən "qırmızı-ağlar"ın sponsorudur. Daha əvvəl UEFA İcraiyyə Komitəsi 2022/2023 mövsümü üçün Rusiya komandalarını yarışlardan kənarlaşdırıb.