ABŞ Özbəkistana 3 cavabsız qolla qalib gəlib
Futbol
- 10 sentyabr, 2023
- 00:43
Futbol üzrə ABŞ millisi yoldaşlıq görüşündə Özbəkistan yığmasını darmadağın edib.
“Report” xəbər verir ki, matç ABŞ-nin Sent-Luis şəhərinin “Sitipark” stadionunda baş tutub.
Oyunda hesab erkən açılıb. 4-cü dəqiqədə Timoti Vea amerikalıları hesabda irəli çıxarıb. Matçda növbəti qollar ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə vurulub: Rikardo Pepi və Kristian Pulişiç hesab arasındakı fərqi darmadağın həddinə çatdırıblar. Beləliklə, yoldaşlıq görüşü ABŞ millisinin Özbəkistan yığması üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Özbəkistan Meksikaya qarşı oynamaq üçün ABŞ-də qalacaq. Komandaların görüşü sentyabrın 12-dən 13-nə keçən gecə Corciya ştatının Atlanta şəhərində baş tutacaq.
Son xəbərlər
18:55
"İçərişəhər": İdarəetmə və maliyyə üzrə genişmiqyaslı islahatlar aparırıq
Maliyyə18:54
Britaniya kütləvi etirazlar fonunda İran səfirini çağırıb
Digər ölkələr18:40
Ərinin qətlini sifariş etməkdə təqsirləndirilən qadına və digərlərinə hökm oxunub
Hadisə18:40
ATƏT-in Rusiyanın Ukraynaya zərbələri səbəbindən təcili iclası keçiriləcək
Digər ölkələr18:28
İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq
Daxili siyasət18:27
Prezident: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb
Daxili siyasət18:27
"Neftçi" Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksəlib
Komanda18:25
İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadılıb
Hadisə18:25