ABŞ milli komandası futbol üzrə “Qızıl kubok”un qalibi olub

ABŞ milli komandası futbol üzrə “Qızıl kubok”un qalibi olub Komanda Yamayka yığmasını 2:1 hesabı ilə məğlub edib
Futbol
27 İyul , 2017 10:36
ABŞ milli komandası futbol üzrə “Qızıl kubok”un qalibi olub

Bakı. 27 iyul. REPORT.AZ/ Karib hövzəsi, Şimali və Mərkəzi Amerika (CONCACAF) zonası üzrə keçirilən “Qızıl kubok”un qalibi müəyyənləşib. 

“Report”un məlumatına görə, ABŞ-da təşkil olunan yarışda meydan sahibləri çempion olub.

Santa-Klara şəhərində baş tutan final matçında ABŞ millisi Yamayka yığmasını 2:1 hesabı ilə məğlub edib.

Bryus Arenanın rəhbərlik etdiyi kollektiv 2021-ci ildə təşkil olunacaq Konfederasiyalar Kubokuna vəsiqə uğrunda 2019-cu ildə keçiriləcək “Qızıl kubok”un qalibi ilə qarşılşacaq.

Qeyd edək ki, “Qızıl kubok” turniri 1991-ci ildən keçirilir. Yarışın ən çox qalibi olan komanda Meksika millisidir. ABŞ yığması isə çempionluq sayını altıya çatdırıb.

Son xəbərlər

Orphus sistemi