ABŞ klubunun baş məşqçisi millimizin futbolçusunu təriflədi

ABŞ klubunun baş məşqçisi millimizin futbolçusunu təriflədi "Rüfət Dadaşov hücumda oyunumuzu asanlaşdırır. Rəqibin müdafiəsini rahatkeçə bilirik. Hazırda müdafiəyə kömək edən forvard azdır".
Futbol
15 İyul , 2020 09:48
ABŞ klubunun baş məşqçisi millimizin futbolçusunu təriflədi
Rüfət Dadaşov

"Rüfət Dadaşov hücumda oyunumuzu asanlaşdırır. Rəqibin müdafiəsini rahat keçə bilirik. Hazırda müdafiəyə kömək edən forvard azdır".

"Report"un məlumatına görə, bu fikirləri ABŞ-ın "Finiks Rayzinq" klubunun baş məşqçisi Rik Şants ABŞ Futbol Liqasının (USL) II turunda "Los Anceles Qelaksi-2" komandasını 4:0 hesabı ilə məğlub etdikləri görüş barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan millisinin üzvünü heyətlərinə cəlb etməklə axtardıqları hücumçunu tapıblar.

Şants Dadaşovun sayəsində cinah oyunçularının daha aktiv olduqlarını söyləyib: "Rüfətin topla rəftarı və hava mübarizəsində üstün olması rəqibləri geri çəkilməyə məcbur edir. Bir az da sürəti olsaydı, Almaniyanın ən səviyyəli futbolçularından birinə çevrilərdi. Oyunu oxumaq bacarığı çox yaxşıdır".

Qeyd edək ki, USL-in B qrupunda yer alan "Finiks Rayzinq" keçirdiyi hər 2 matçda qələbə qazanıb. Rüfət Dadaşov 3 qolla bombardirlər yarışına başçılıq edən 3 futbolçudan biridir.

Son xəbərlər

Orphus sistemi