ABŞ-da futbolçuya bananla irqçilik edildi

ABŞ-da futbolçuya bananla irqçilik edildi Video sosial şəbəkədə yayılıb
Futbol
15 Aprel , 2021 13:23
ABŞ-da futbolçuya bananla irqçilik edildi

ABŞ-ın İllinoys ştatındakı orta məktəbdə qaradərili amerikan futbolçu irqçiliyə məruz qalıb.

"Report"un məlumatına görə, o, paltardəyişmə otağında soyulmuş banan qabıqları asılan yerdə oturmağa məcbur edilib. Məktəbli tabe olmayacağı halda dizlərinin sındırılacağı ilə hədələnib. Video sosial şəbəkədə yayılıb.

Yerli polis rəisi orta məktəbdəki insidenti həyacanlı irqçi səhnə adlandırıb. Tətqiqatçılar idmançı şagirdləri, məşqçiləri və əməkdaşları dindirərək öz dəlillərini prokurorluğa təqdim ediblər.

Araşdırma nəticəsində istintaqa cəlb olunmuş şəxslərin zərərçənənin komanda yoldaşları olduqları müəyyənləşib. Onların arasında qaradərililər də olub.

Məktəbdən isə bildirilib ki, araşdırmalar başa çatandan sonra hüquq-mühafizə orqanları ilə birlikdə qətiyyətli addımlar atılacaq.

Son xəbərlər

Orphus sistemi