ABŞ-da nəhəng stadionda yanğın baş verib

ABŞ-da nəhəng stadionda yanğın baş verib ABŞ-ın rebqi üzrə Milli Futbol Liqasında çıxış edən "Nyu-Orlean Seynts" komandasının ev oyunlarını keçirdiyi stadionda yanğın baş verib.
Futbol
22 Sentyabr , 2021 14:21
ABŞ-da nəhəng stadionda yanğın baş verib

ABŞ-ın rebqi üzrə Milli Futbol Liqasında çıxış edən "Nyu-Orlean Seynts" komandasının ev oyunlarını keçirdiyi stadionda yanğın baş verib.

"Report"un FOX TV-yə istinadən məlumatına görə, idman obyekti damı təmizləyən maşında yanğın başlayandan sonra alovlanıb. Yanğınsöndürənlər yanğını qısa müddətdə söndürüblər.

Hadisədən sonra bir nəfər yüngül yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Dəymiş ziyanın miqdarı hələlik bəlli deyil.

Qeyd edək ki, arena 70 mindən çox azarkeş tutumuna malikdir.

Son xəbərlər

Orphus sistemi