İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç London təmsilçisini satmaq üçün əlavə 500 milyon funt sterlinq tələb edib.
"Report" "Sky News"a istinadən xəbər verir ki, funksioner üç potensial alıcı arasından son seçimi etmək məqsədilə əlavə məbləğ ödənilməsini istəyib.
Rusiyalı iş adamı bu yolla London təmsilçisini 2,5 milyard funt-sterlinqə satmağı planlaşdırır. Bunun 1 milyardı xeyriyyə işlərinə, qalan 1,5 milyardı isə stadionun, akademiyanın və qadınlardan ibarət komandanın inkişafına sərf olunacaq.
"Çelsi"ni almaq üçün müraciət edənlər arasında "Mercesdes"də çıxış "Formula 1" pilotu Lüis Hemilton və məşhur tennisçi Serena Uilyamsın daxil olduğu konsorsium, ABŞ-ın "Los-Anceles Docers" beysbol klubunun sahiblərindən Todd Boeli, İtaliyanın "Atalanta" futbol klubunun və NBA-da çıxış edən "Boston Seltiks" komandasının sahibi Stiven Palyuka da var.
Qeyd edək ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb.