"Aberdin"in qapıçısı: "Qarabağ"ı necə narahat edə biləcəyimizi düşünürük"

"Aberdin"in qapıçısı: "Qarabağ"ı necə narahat edə biləcəyimizi düşünürük" "Mərhələni keçmək əla olardı. Çünki qrupa düşsək, ən azı daha 6 oyun keçirəcəyik və onların üçü evdə olacaq. Bu, azarkeşlərimiz üçün də gözəl hədiyyə sayılır".
Futbol
26 Avqust , 2021 09:35
Aberdinin qapıçısı: Qarabağı necə narahat edə biləcəyimizi düşünürük
Co Lyuis

"Mərhələni keçmək əla olardı. Çünki qrupa düşsək, ən azı daha 6 oyun keçirəcəyik və onların üçü evdə olacaq. Bu, azarkeşlərimiz üçün də gözəl hədiyyə sayılır".

"Report"un məlumatına görə, bunu Şotlandiya "Aberdin"inin qapıçısı Co Lyuis yerli mətbuata açıqlamasında evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

34 yaşlı qolkiper Ağdam təmsilçisinin yaxşı komanda olduğunu bildirib: "Biz bunu yaxşı bilirik. Lakin nəzərə alaq ki, son iki turda səviyyəli kollektivlərə qarşı oynamışıq. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Amma buna çox da fikir vermirik. Hazırda "Qarabağ"ı necə narahat edə biləcəyimizi düşünürük".

Qeyd edək ki, bu gün keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə "köhlən atlar" minimal hesablı qələbə qazanıb - 1:0.

Son xəbərlər

Orphus sistemi