"Aberdin"in prezidenti: "Qarabağ"a məğlubiyyətə görə çox tənqid olunduq"

"Aberdin"in prezidenti: "Qarabağ"a məğlubiyyətə görə çox tənqid olunduq" Şotlandiyanın "Aberdin" klubunun prezidenti Deyv Kormak "Qarabağ"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off oyunlarını yada salıb.
Futbol
18 Oktyabr , 2021 23:44
Aberdinin prezidenti: Qarabağa məğlubiyyətə görə çox tənqid olunduq

Şotlandiyanın "Aberdin" klubunun prezidenti Deyv Kormak "Qarabağ"a qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off oyunlarını yada salıb.

"Report"un məlumatına görə, funksioner yerli mətbuata açıqlamasında Ağdam təmsilçisinə məğlubiyyətə görə çox tənqid olunduqlarını söyləyib.

O bildirib ki, komandanın qısa müddətdə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmasını gözləmək düzgün deyil: "Azərbaycan təmsilçisi ilə matçlara görə bizi qınayanlar çox oldu. Amma nəzərə almaq lazımdır ki, "Aberdin" 14 ildən sonra ilk dəfə avrokubokların pley-off mərhələsində çıxış edirdi. Heç kim komandanın 1 gecənin içində qruplara qalacağına söz verməmişdi".

Qeyd edək ki, Bakıdakı ilk oyunda "Aberdin"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" cavab matçında inamlı qələbə qazanmışdı - 3:1.

Son xəbərlər

Orphus sistemi