A Seriyasının autsayderi baş məşqçini qovub

A Seriyasının autsayderi baş məşqçini qovub İtaliyanın "Venetsiya" klubu baş məşqçisi Paolo Zanettini istefaya göndərib.
Futbol
27 Aprel , 2022 17:38
A Seriyasının autsayderi baş məşqçini qovub
Paolo Zanetti

İtaliyanın "Venetsiya" klubu baş məşqçisi Paolo Zanettini istefaya göndərib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.

Komanda A Seriyasında 33 oyundan sonra 22 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Paolo Zanetti 2020-ci ilin avqustundan "Venetsiya"ya rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi