"Sabah" klubu 6 turdan sonra qələbə qazandı

"Sabah" klubu 6 turdan sonra qələbə qazandı Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.
Futbol
23 Noyabr , 2020 17:51
Sabah klubu 6 turdan sonra qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyununda "Sabah" klubu "Səbail"i 2:1 hesabı ilə məğlub edib.

"Bank Respublika Arena"dakı matçda komandalar meydana xüsusi pankartla çıxıblar. Pankartın üzərində Ordumuzun İkinci Qarabağ müharibəsindəki qələbəsini əks etdirən "Biz qayıtdıq, Qarabağ" şüarı yer alıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Oyunda ilk qol 11-ci dəqiqədə vurulub. "Sabah"ın kapitanı Ruslan Abışovun ötürməsindən sonra rəqib qapıçı Nikolas Hagenlə üzbəüz çıxan Amadu Diallo çətinliklə də olsa, topu tora göndərib. 33-cü dəqiqədə Amin Seydiyev mükəmməl zərbə ilə komandasının üstünlüyünü 2 topa çatdırıb. Matçın əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Rauf Əliyev penaltidən fərqlənməklə fərqi azaldıb. Beləliklə, Masazır təmsilçisi 6 oyunluq məğlubiyyət seriyasından sonra qələbə qazanıb.

Bu nəticədən sonra xallarını 9-a çatdıran "Sabah" 7-ci pilləyə yüksəlib. Eyni xala malik "dənizçilər" isə 6-cı sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Sumqayıt"ı 3:1, "Neftçi" səfərdə "Qəbələ"ni 4:1, "Zirə" isə doğma meydanda "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi