6 qat Bolqarıstan çempionu Azərbaycan klubuna keçə bilər

6 qat Bolqarıstan çempionu Azərbaycan klubuna keçə bilər Aleksandr Bart Fransa komandalarının təklifini qəbul etməyib
Futbol
4 İyun , 2015 10:21
6 qat Bolqarıstan çempionu Azərbaycan klubuna keçə bilər

Bakı. 4 iyun. REPORT.AZ/ Futbol üzrə 6 qat Bolqarıstan çempionu Aleksandr Bart Rusiya və ya Azərbaycan klublarından biri ilə müqavilə bağlayacaq. "Report"un "sportal.bg" saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı müdafiəçi Fransanın yüksək liqa klublarının təklifini qəbul etməyib.

Bart Liqa 1-ə yenicə yüksələn "Anje" və "Ayaço"nun irəli sürdüyü maliyyə şərtləri ilə razılaşmayıb. Əvəzində o, Rusiya və Azərbaycan klublarından cəlbedici təklif alıb və bunlardan birini müsbət cavablandıracaq. Futbolçunun keçidi azad agent statusu ilə gerçəkləşəcək. Amma təcrübəli müdafiəçinin potensial müştəriləri olan klublar açıqlanmır.

Qeyd edək ki, Aleksandr Bart 2 dəfə "Liteks", 4 dəfə "Ludoqorets"in heyətində Bolqarıstan çempionu olub.

Son xəbərlər

Orphus sistemi