2024-cü ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək futbol hakimlərinin adları müəyyənləşib.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA tərəfindən təsdiqlənmiş referilərin siyahısı açıqlanıb.
Növbəti ildə Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu və Fəridə Lütfəliyeva matçlara baş hakim kimi təyinat alacaqlar.
Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Namiq Hüseynov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə və Sevda Nuriyeva referi köməkçiləri qismində fəaliyyət göstərəcəklər.
Əliyar Ağayevlə Elçin Məsiyev VAR hakimləri kimi də təyinat alacaqlar.
Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov futzal, İnqilab Məmmədov və Nail Nağıyev isə çimərlik futbolu görüşlərini idarə edəcəklər.