Azərbaycan Premyer Liqasının 2023/24 mövsümü məhsuldar başlayıb.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, çempionatın I turunun 5 oyununda 15 qol qeydə alınıb.
“Səbail” – “Sumqayıt” (1:4) və “Sabah” – “Qəbələ” (5:0) görüşlərinin hərəsində 5, “Araz-Naxçıvan” – “Turan Tovuz” (0:3) matçında 3, “Qarabağ” – “Zirə” (0:1) və “Kəpəz” – “Neftçi” (1:0) oyunlarında 1 top vurulub.
İlk turda orta məhsuldarlıq 3,00-ə bərabər olub. Bu, son 6 mövsüm üçün ən məhsuldar startdır. Daha yüksək göstərici son dəfə 2017/18 mövsümündə qeydə alınıb. Orta məhsuldarlığın 3,25 olduğu ilk turun 4 matçında 13 qol vurulub.
Qeyd edək ki, həmin vaxt “Neftçi” – “Qarabağ” (1:3) oyununda 4, “İnter” – “Qəbələ” (1:2), “Sumqayıt” – “Kəpəz” (2:1) və “Zirə” – “Səbail” (2:1) matçlarının hərəsində 3 qol vurulub.