2021-ci ildə ən çox qol vuran qapıçı bəlli olub

2021-ci ildə ən çox qol vuran qapıçı bəlli olub Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran qapıçının adını açıqlayıb
Futbol
24 Dekabr , 2021 17:50
2021-ci ildə ən çox qol vuran qapıçı bəlli olub
Qaspar Servio

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran qapıçının adını açıqlayıb.

"Report" IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, bu, Paraqvayın "Quarani" klubunun qolkiperi Qaspar Serviodur.

29 yaşlı oyunçu yerli çempionatda 7 dəfə penaltidən fərqlənib.

Serviodan başqa 2021-ci ildə yalnız bir qapıçı birdən çox qol vurub. Braziliyanın "Atletiko Qoiyaniense" komandasından Jean Paulo Fernandeş Filyo 2 dəfə rəqib qapılarında yol tapıb.

Son xəbərlər

Orphus sistemi