2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma vaxtı və yeri müəyyənləşib

2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma vaxtı və yeri müəyyənləşib Çempionatın keçiriləcəyi 13 şəhər arasında Bakı da var
Futbol
28 Sentyabr , 2017 13:05
2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma vaxtı və yeri müəyyənləşib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi İrlandiyanın paytaxtı Dublində keçiriləcək. "Report"un İrlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir 2018-ci il dekabrın 2-də təşkil olunacaq.

Dublinə yollanacaq 650 qonaq arasında iştirakçı ölkələrdən 300 nümayəndə yer alacaq. Habelə, 350 KİV nümayəndəsinin qatılacağı tədbir canlı yayımla dünyada 150 milyon nəfərlik auditoriyaya çatdırılacaq.

Qeyd edək ki, 2020-ci il Avropa çempionatının oyunları Avropanın 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək. Yarımfinal və final matçlarını İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionu qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi