2019-cu ilin ən yaxşı bombardiri müəyyənləşib

2019-cu ilin ən yaxşı bombardiri müəyyənləşib Almaniya Bavariyasının və Polşa millisinin futbolçusu Robert Levandovski 2019-cu ilin ən yaxşı bombardiri olub. Reportun məlumatına görə, 31 yaşlı hücumçu ilin əvvəlindən klub və yığma səviyyəsində üst-üstə 59 oyuna 59 qol vurub.
Futbol
124
26 Dekabr , 2019 09:25
2019-cu ilin ən yaxşı bombardiri müəyyənləşib

Almaniya "Bavariya"sının və Polşa millisinin futbolçusu Robert Levandovski 2019-cu ilin ən yaxşı bombardiri olub. "Report"un məlumatına görə, 31 yaşlı hücumçu ilin əvvəlindən klub və yığma səviyyəsində üst-üstə 59 oyuna 59 qol vurub. 

İkinci yerdə İspaniya "Barselona"sının və Argentina millisinin forvardı Lionel Messi qərarlaşıb. O, 58 matçda 50 dəfə fərqlənib. "Üçlüy"ü PSJ-nin fransalı qolçusu Kilian Mbappe qapayıb. Mbappe 49 qarşılaşmada rəqib qapılarına 44 dəfə yol tapıb. 

Qeyd edək ki, Robert Levandovski "Bavariya"ya 2014-cü ildə Dortmund "Borussiya"sından keçib. O, Münhen təmsilçisi ilə 5 dəfə Almaniya çempionluğu qazanıb. 

Son xəbərlər

Orphus sistemi