2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı məlum olub - VİDEO

2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı məlum olub - VİDEO 5 qat dünya çempionu olan Braziliya yığması 21-ci dəfə mundialda iştirak edəcək
Futbol
29 Mart , 2017 10:35
2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı məlum olub - VİDEO

Bakı. 29 mart. REPORT.AZ/ Braziliya milli komandası futbol üzrə 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

"Report"un məlumatına görə, bu, Cənubi Amerika zonası üzrə seçmə mərhələnin XIV turunun oyunlarından sonra müəyyənləşib. Uruqvay milli komandası səfərdə Peru yığmasına 1:2 hesabı ilə uduzmaqla Adenor Leonardo Bakşinin (Tite) baş məşqçi olduğu kollektivin mundiala birbaşa vəsiqə verən ilk "4-lük"də yerini təmin etməsinə şərait yaradıb.

Bu matçdan öncə Paraqvayı 3:0 hesabı ilə məğlub edən "sambaçılar" "pley-off" mərhələsinə vəsiqə verən 5-ci yeri özləri üçün dəqiqləşdirmişdilər.

Qeyd edək ki, 2018-ci il dünya çempionatının final mərhələsi 14 iyun - 15 iyulda Rusiyada keçiriləcək. Bu yarış 5 qat dünya çempionu olan Braziliya yığmasının iştirak edəcəyi 21-ci mundial olacaq.

Son xəbərlər

Orphus sistemi