Yüzədək əfqanıstanlı futbolçu Qətərə təxliyə olunub

Yüzədək əfqanıstanlı futbolçu Qətərə təxliyə olunub Qətər hökuməti FIFA ilə birlikdə Əfqanıstan futbolçularını təxliyə etmək qərarına gəlib
Futbol
15 Oktyabr , 2021 09:50
Yüzədək əfqanıstanlı futbolçu Qətərə təxliyə olunub

Qətər hökuməti FIFA ilə birlikdə Əfqanıstan futbolçularını təxliyə etməyi qərara alıb.

"Report" "Apnews" nəşrinə istinadən xəbər verir ki, Dohaya yollanan təyyarədə ailələri ilə birlikdə 100-dək futbolçu yer alıb.

Qətər idmançıların təxliyəsini koordinasiya etmək üçün ali futbol qurumu ilə əməkdaşlıq edib. Onların bu ölkədə nə qədər qalacaqları barədə məlumat verilməyib.

Talibanın ölkədə hakimiyyəti ələ keçirməsindən sonra oyunçuların təhlükəsizliyi ilə əlaqədar şübhələrlə əlaqədar onların evakuasiyasına başlanılıb.

Son xəbərlər

Orphus sistemi