Bakı. 24 iyun. REPORT.AZ/ 100-dən artıq futbolçu İngiltərə Premyer Liqasında çıxış etmək hüququnu itirə bilər. "Report"un məlumatına görə, buna səbəb İngiltərənin Avropa İttifaqından (Aİ) çıxmasıdır.
Aİ-yə daxil olan ölkələrin futbolçularının Premyer Liqada çıxışı sərbəst olsa da, ittifaqdan kənar ölkələrin oyunçuları bunun üçün öz ölkələrinin yığmalarında müəyyən qədər oyun keçirməlidirlər.
Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra İngiltərədə işə götürülmə üçün qaydaların futbolçulara münasibətdə yumşaldılacağı gözlənilir.