"Red Bull"un rəhbəri: "Azərbaycan Qran Prisi ilin ən möhtəşəm sprint yarışlarından biri olacaq"

"Red Bull"un rəhbəri: "Azərbaycan Qran Prisi ilin ən möhtəşəm sprint yarışlarından biri olacaq" “Azarkeş nöqteyi-nəzərindən Azərbaycan Qran Prisi tamaşa baxımından ilin ən möhtəşəm sprint yarışlarından biri olacaq”.
Formula 1
13 Aprel , 2023 19:24
Red Bullun rəhbəri: Azərbaycan Qran Prisi ilin ən möhtəşəm sprint yarışlarından biri olacaq

"Azarkeş baxımından Azərbaycan Qran Prisi ilin ən möhtəşəm sprint yarışlarından biri olacaq”.

"Report" xəbər verir ki, bunu “Red Bull” komandasının rəhbəri Kristian Horner deyib.

O, “Formula 1” üzrə dünya çempionatının Azərbaycan mərhələsində tətbiq olunacaq sprint yarışının şou baxımından maraqlı olacağını bildirib. Ancaq Horner komandaların bundan əziyyət çəkə biləcəyini istisna etməyib: “Təbii ki, bir çoxları kimi, biz də sprint yarışlarından ehtiyatlanırıq. Çünki ən kiçik səhv bolidlərin hər birinə milyonlarla ziyan vura bilər. Çünki sprint yarışı zamanı baş verə biləcək qəza pilotu əsas yarışdan kənarda qoya bilər”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 28-30-u aralığında keçiriləcək. Ayın 29-da sprint yarışı baş tutacaq.

Son xəbərlər

Orphus sistemi