“Azərbaycan Qran-prisi indiyəqədərki ən maraqlı həftəsonu olacaq”
“Report” xəbər verir ki, bunu “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Mercedes” komandasının pilotu Lüis Hemilton deyib.
Aprelin əvvəlində Avstraliya Qran-prisində ikinci yeri tutan britaniyalı sürücü bu uğurunu Bakıda da davam etdirmək niyyətində olduğunu bildirib: “Düzdür, eyni avtomobillə yarışacağıq, ancaq mütləq təkmilləşdirmə olacaq. Mövsümün əvvəlindəki yerimizdə qalmayacağıq. Arxa planda çox iş görüldü. Son yarış da əla alındı. Bunu təkrarlamaq asan olmayacaq. Digər komandaların pilotları da sürətlidirlər. Bakıdakı yarış bizim üçün yeni bir yolun başlanğıcı olacaq”.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisində əsas yarış aprelin 30-da olacaq.