Hemiltonu "Mercedes"də əvəzləyə biləcək namizədlər açıqlanıb

Hemiltonu "Mercedes"də əvəzləyə biləcək namizədlər açıqlanıb Hemilton növbəti mövsüm "Ferrari"də Karlos Saynsı əvəzləyəcək
Formula 1
28 Mart , 2024 13:03
Hemiltonu Mercedesdə əvəzləyə biləcək namizədlər açıqlanıb

"Formula 1" üzrə dünya çempionatında iştirak edən "Mercedes" komandasının pilotu Lüis Hemiltonu 2025-ci ildə əvəzləyə biləcək sürücülər müəyyənləşib.

"Report" "Planetf1" nəşrinə istinadən xəbər verir ki, namizədlər "Red Bull"da çıxış edən Maks Ferstappen, "Aston Martin"dən Fernando Alonso, "Ferrari"dən Karlos Sayns, həmçinin "Formula 2"də çıxış edən italiyalı gənc Andrea Kimi Antonellidir.

Almaniya təmsilçisinin rəhbəri Toto Volf qərarın yaxın həftələrdə və ya aylarda verilməyəcəyini bildirib: "Mən bazarda vəziyyəti izləmək istəyirəm. Maks Ferstappen? Bəli, mən onu nəzərə alıram. Onun performansının səviyyəsini görürsünüz. Ancaq digər pilotları da kənara atmaq istəməzdim".

Qeyd edək ki, Lüis Hemilton növbəti mövsüm "Ferrari"yə keçəcək.

Son xəbərlər

Orphus sistemi