"Formula 2": Bakıdakı sprint yarışında qalib bəlli olub, zəncirvari qəza baş verib - FOTO - YENİLƏNİB - 2

"Formula 2": Bakıdakı sprint yarışında qalib bəlli olub, zəncirvari qəza baş verib - FOTO - YENİLƏNİB - 2 Mübarizə təxminən bir saat davam edəcək
Formula 1
29 Aprel , 2023 15:51
Formula 2: Bakıdakı sprint yarışında qalib bəlli olub, zəncirvari qəza baş verib - FOTO - YENİLƏNİB - 2

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı yekunlaşıb. 

"Report" xəbər verir ki, "Prema Racing"dən Oliver Bearman qalib olub. 

"Prema Racing"dən Frederik Vesti ikinci, "Hitech"dən Jak Kroufurd üçüncü yeri tutub. 

Sonlara yaxın zərcirvari qəza baş verib və dörd pilot mübarizəni dayandırıb. Ümumilikdə 11 sürücü sonadək yarışa bilməyib. 

15:20

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında üç pilot mübarizəni dayandırıb.

"Report" xəbər verir ki, "Van Amersfoort Racing" komandasından Riçard Verşur, "Campos Racing"dən Ralf Boşunq və "Rodin Carlin"dən Zeyn Meloni sıradan çıxıblar

15:00

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

"Report" xəbər verir ki, mübarizə təxminən bir saat davam edəcək.

Qeyd edək ki, ikinci dərəcəli pilotların yarışında ötən gün "Prema Racing"dən Oliver Bearman həm sərbəst yürüşdə, həm də sıralama turunda lider olub.

Bakıdakı yarış aprelin 30-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi