"Formula 2": Bakıda sprint yarışının qalibi bəlli olub - YENİLƏNİB

"Formula 2": Bakıda sprint yarışının qalibi bəlli olub - YENİLƏNİB Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
Formula 1
14 Sentyabr , 2024 15:08
Formula 2: Bakıda sprint yarışının qalibi bəlli olub - YENİLƏNİB

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.

"Report"un məlumatına görə, "AIX Racing" komandasından Coşua Dürksen bütün rəqiblərini qabaqlayıb.

"Dams Lucas Oil"dən Jak Kravford ikinci, "Preme Racing"dən Qabriele Mini üçüncü yeri tutub.

Ötən gün "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olublar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

14:15

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

"Report"un məlumatına görə, mübarizəyə saat 14:15-də start verilib.

Ötən gün "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olublar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi