Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - YENİLƏNİB

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - YENİLƏNİB Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
Formula 1
15 Sentyabr , 2024 12:49
Azərbaycan Qran-prisi: Formula 2də qalib bəlli olub - YENİLƏNİB

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

"Report"un məlumatına görə, "Trident" komandasından Rixard Versxor bütün rəqiblərini qabaqlayıb.

"Art Grand Prix"dən Viktor Martins ikinci, "Prema Racing"dən Andrea Kimi Antonelli üçüncü yeri tutub.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.

11:35

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

"Report"un məlumatına görə, mübarizəyə saat 11:35-də start verilib.

Sıralama turunda ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

"Prema Racing"dən Andrea Kimi Antonelli ikinci, "Art Grand Prix"dən Viktor Martins üçüncü pillədə yer alıb.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi