"Paytaxtınız ildən-ilə daha da gözəlləşir və maraqlı olur".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün Bakıya səfər edən DJ Hardvel deyib.
Məşhur niderlandlı musiqiçi daha əvvəl də Azərbaycana gəldiyini söyləyib: "İlk dəfə 2019-cu ildə bu gözəl şəhərə səfər etmişəm. "Formula 1" yarışının bir parçası olmaq möhtəşəm hissdir. Dünənki konserti də izlədim. Yüksək səviyyədə təşkil olunmuşdu".
"Red Bull" pilotu Maks Ferstappenlə eyni ölkədən olan Hardvel sabah onun yaxşı çıxış edəcəyinə inandığını vurğulayıb: "Mən böyuk "Formuıa 1" fanatıyam. 2017-ci ildə Meksika Qran-prisində Dj kimi iştirak etmişəm".
O, hələlik Azərbaycan mətbəxi ilə tanış olmadığını sözlərinə əlavə edib: "Sizin musiqisini dinləmək imkamım olmayib. Olacağı təqdirdə gələcəkdə bundan faydalana bilərəm".
Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.
Foto: Tapdıq Abdullayev