“Formula 1” Qran Prilərinin müqavilə müddətləri açıqlanıb.
“Report”un “planetf1.com” saytına istinadən məlumatına görə, 2023-cü ilin təqvimini təşkil edən 23 Qran Prinin “Formula 1”lə sözləşməsi müxtəlif illəri əhatə edir.
Artıq bu il yarışın Belçika mərhələsi ilə anlaşması başa çatacaq. Azərbaycan Qran Prisi ilə müqavilə isə 2024-cü ilə qədərdir.
Belçika Qran Prisi – 2023
Azərbaycan – 2024
Böyük Britaniya – 2024
Yaponiya – 2024
Emili-Romani (İtaliya) – 2025
Monako – 2025
Niderland – 2025
İtaliya (Monza) – 2025
Meksika – 2025
Braziliya – 2025
Las Veqas – 2025
İspaniya – 2026
ABŞ – 2026
Avstriya – 2027
Sinqapur – 2028
Səudiyyə Ərəbistanı – 2030
Birləşmiş Ərəb Əmirlikləri – 2030
Mayami – 2031
Kanada – 2031
Macarıstan – 2032
Qətər – 2032
Bəhreyn – 2036
Avstraliya – 2037
Qeyd edək ki, Azərbaycan Qran Prisini təşkil edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən yarışın 2024-cü ildə təşkil olunacağı ilə bağlı rəsmi açıqlama verilməyib.