"Red Bull" pilotu sıralama turunda etdiyi hərəkətə görə cəzalandırılıb

"Red Bull" pilotu sıralama turunda etdiyi hərəkətə görə cəzalandırılıb "Formula-1" pilotu Serxio Perez Avstraliyada keçirilən qran-prinin təsnifat turnirində etdiyi hərəkətə görə cəzalandırılıb.
Formula 1
23 Mart , 2024 14:14
Red Bull pilotu sıralama turunda etdiyi hərəkətə görə cəzalandırılıb

"Red Bull" pilotu Serxio Peres "Formula 1" üzrə Avstraliya Qran-prisinin sıralama turunda etdiyi hərəkətə görə cəzalandırılıb.

"Report" xəbər verir ki, bu barədə yarışın stüardları açıqlama yayıblar.

"Red Bull"un üzvü sürətli dövrədə "Haas"ın pilotu Niko Hyulkenberqin qarşısını kəsib. Bildirilib ki, "Red Bull" komandası bununla bağlı sürücüyə gec xəbərdarlıq edib.

Sıralama turunu 3-cü başa vuran S.Peres bu səbəbdən martın 24-də baş tutacaq əsas yarışa 6-cı başlayacaq. "Maklaren" pilotu Lando Norris 3-cü, "Ferrari" komandasının üzvü Şarl Lekler 4-cü start götürəcək.

Qeyd edək ki, Melburnda keçirilən sıralama turunu "Red Bull" pilotu Maks Ferstappen birinci bitirib. "Ferrari" komandasının üzvü Karlos Sayns ikinci olub.

Son xəbərlər

Orphus sistemi