“Formula 1”: Pilotlar Avstraliya ilə Azərbaycan Qran Priləri arasındakı fasiləyə qarşıdırlar

“Formula 1”: Pilotlar Avstraliya ilə Azərbaycan Qran Priləri arasındakı fasiləyə qarşıdırlar Avstraliya ilə Azərbaycan Qran Priləri arasında üç həftəlik fasilənin olması “Formula 1” pilotlarının narazılığına səbəb olub.
Formula 1
5 Aprel , 2023 10:04
“Formula 1”: Pilotlar Avstraliya ilə Azərbaycan Qran Priləri arasındakı fasiləyə qarşıdırlar

Avstraliya ilə Azərbaycan Qran Priləri arasında üç həftəlik fasilənin olması “Formula 1” pilotlarının narazılığına səbəb olub.

“Report” xəbər verir ki, müxtəlif komandaların iştirakçıları bununla bağlı açıqlamalarında mövsümün əvvəlində fasilə yaranmasına qarşı çıxıblar.

“Alfa Romeo”nun çinli pilotu Çjou Quanyu aprelin 16-da ölkəsində keçirilməsi planlaşdırılan mərhələnin koronavirus pandemiyasının yayılma riski səbəbindən təxirə salınmasından təəssüfləndiyini bildirib: “Mən bu fasiləyə sevinə bilmərəm. Çünki Şanxay Qran Prisində iştirak etmək istəyirdim”.

“Red Bull”un ikiqat dünya çempionu Maks Ferstappen iştirakçılara əlavə istirahət imkanı verilməsini qəribə hal kimi qarşılayıb.

Həmçinin, “Aston Martin”in pilotu Fernando Alonso da məşq əvəzinə yarışmağı üstün tutduğunu söyləyib: “Düzdür, Azərbaycan Qran Prisinə daha yaxşı hazırlaşmaq və ilk üç mərhələni təhlil etmək imkanı yaranıb. Ancaq bunu yarışaraq etmək daha yaxşı olardı”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 28-30-u aralığında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi