"Formula 1": Beynəlxalq KİV nümayəndələri üçün mediatur təşkil edilib

"Formula 1": Beynəlxalq KİV nümayəndələri üçün mediatur təşkil edilib Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün beynəlxalq KİV nümayəndələri üçün ənənəvi media tur təşkil edib.
Formula 1
12 Sentyabr , 2024 10:04
Formula 1: Beynəlxalq KİV nümayəndələri üçün mediatur təşkil edilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran-prisinin startı ərəfəsində beynəlxalq KİV nümayəndələri üçün ənənəvi mediatur təşkil edib.

Bu barədə "Report"a BŞH-dən məlumat verilib.

Mediatur UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğundan başlayıb. Qoruq ərazisində yerləşən muzeylə tanış olan xarici jurnalistlərə Azərbaycanın tarixi və qədim qayaüstü təsvirlər haqqında ətraflı məlumat verilib.

Palçıq Vulkanları Turizm Kompleksində davam edən turda xarici KİV nümayəndələri palçıq vulkanlarının xüsusiyyətləri və maketi ilə tanış olublar. Sərgi zalı və emalatxananı ziyarət edən jurnalistlərə mərkəzdə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 80-ə yaxın nadir mineral haqqında məlumat verilib.

Mediatur İçərişəhərdə yekunlaşıb. Burada xarici media nümayəndələri İçərişəhərin qədim küçələri və tarixi ilə tanış olublar.

Bakıdakı yarışı 300-ə yaxın yerli və xarici media nümayəndələri işıqlandıracaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi