"Formula 1": Sprint yarışının təsnifat mərhələsində lider bəlli olub – YENİLƏNİB - 3

"Formula 1": Sprint yarışının təsnifat mərhələsində lider bəlli olub – YENİLƏNİB - 3 12:30-da start götürən "sprint shootout" üç sessiyadan ibarət olacaq
Formula 1
29 Aprel , 2023 13:19
Formula 1: Sprint yarışının təsnifat mərhələsində lider bəlli olub – YENİLƏNİB - 3

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsi başa çatıb. 

"Report"un məlumatına görə, "Ferrari"dən Şarl Lekler "Sprint shootout"u ilk pillədə başa vurub. 

O, yarışın sonlarında təhlükəsizlik maneəsinə çırpılsa da, rəqiblər Leklerin nəticəsini keçə bilməyiblər.

Monakolu pilot ötən gün sıralama turunda da lider olmuşdu. 

"Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen isə üçüncü sırada qərarlaşıb. 

13:09

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsində ikinci sessiya başa çatıb. 

"Report" xəbər verir ki, "Red Bull"dan Maks Ferstappen liderliyi ələ keçirib.

Bu dəfə "McLaren"dən Oskar Piastri, "Haas"dan Niko Hulkenberq, "Alpin"dən Esteban Okon və Hulkenberqin komanda yoldaşı Kevin Maqnussen yarışdan kənarda qalıblar.

12:45

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsində ilk sessiya başa çatıb. 

"Report" xəbər verir ki, "Ferrari"dən Şarl Lekler hələlik liderdir. 

Monakolu pilot ötən gün sıralama turunda da ilk pillədə qərarlaşmışdı. 

"Williams"dan Loqan Sarjent qəza törətdiyi üçün yarışdan kənarda qalıb. 

Bundan əlavə, "Alfa Tauri"dən Nik de Vris, "Alpin"dən Pyer Qasli, Nik de Vrisin komanda yoldaşı Yuki Tsunoda, "Alfa Romeo"dan Valtteri Bottas və Cou Quanju da ikinci sessiyada iştirak etməyəcək.

12:30

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsi başlayıb.

"Report" xəbər verir ki, 12:30-da start götürən "Sprint shootout" üç sessiyadan ibarət olacaq.

Mübarizənin təxminən bir saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, "Formula 1"də əsas sprint yarışı saat 17:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi