“Ferrari”nin rəhbəri: Lekler və Saynsla Bakıda hər şeyi mükəmməl yerinə yetirməyi hədəfləyəcəyik
Formula 1
- 12 sentyabr, 2024
- 09:37
Şarl Lekler və Karlos Saynsla Bakıda hər şeyi mükəmməl şəkildə yerinə yetirməyi hədəfləyəcəyik.
"Report" İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının rəhbəri Frederik Vasseu Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
O, İtaliya təmsilçisinin Bakıda hər zaman rəqabət apara bildiyini söyləyib:
"Biz yaxşı iş görmək istəyirik. İlk olaraq diqqətimizi özümüzə yönəltməyimiz vacibdir. Montsadakı qələbədən sonra əhval-ruhiyyə yüksəkdir. Hazırda bu formanı qoruyub saxlamaqda qərarlıyıq".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında təşkil olunacaq. "Ferrari" pilotu Şarl Lekler Bakıdakı yarışdan əvvəl İtaliya Qran-prisinin qalibi olub.
Son xəbərlər
11:26
Azərbaycanın idarə, müəssisə və təşkilatlarının 9 ayda qiymətli kağızlar bazarından gəliri açıqlanıb
Maliyyə11:24
Azərbaycan noutbuk istehsalını 15 dəfə artırıb
İKT11:21
Azərbaycanın 9 ayda tədiyyə balansında 1,1 milyard dollar kəsir olub
Maliyyə11:18
ADSEA sədrinin vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
İnfrastruktur11:18
Bakı və Astana BTC ilə neft tranzitinin iqtisadi parametrlərinin yaxşılaşdırılması üzərində işləyir
Energetika11:17
Aİ Rusiyaya qarşı sanksiya siyahılarına 40 gəmi daxil edəcək
Digər ölkələr11:16
AMB 9 ayda ölkəyə pul köçürmələrinin məbləğini açıqlayıb
Maliyyə11:12
Azərbaycandan 9 ayda 4 milyard dollardan çox kapital çıxarılıb
Maliyyə11:11