“Yarış çətin keçdi, Ferstappenin təzyiqinə dözməli oldum”.
“Report” xəbər verir ki, bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi olan “Red Bull” komandasının pilotu Serxio Peres deyib.
Meksikalı sürücü komanda yoldaşı Maks Ferstappenlə birlikdə yaxşı çıxış etdiklərini bildirib.
O, 2021-ci ildə olduğu kimi, Bakı trekində yenə finişə birinci çatmasına da münasibət bildirib: “Bakıda iki qələbə? Əslində iki yarım. Təhlükəsizlik maşını çıxanda liderliyi ələ keçirə bildik. Bu gün ikimiz də yaxşı sürət yığdıq, hətta bir-iki dəfə divara toxunduq. Maks mənə, həqiqətən də, çətin anlar yaşatdı. Ancaq hər şeyi nəzarətdə saxlamağı bacardım”.
Qeyd edək ki, bu, Serxio Peresin cari mövsüm ikinci uğurudur. O, Səudiyyə Ərəbistanı Qran-prisində də birinci olub.