"Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
"Report" xəbər verir ki, bir saat davam edən mübarizədə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib.
"Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.
İlk "beşliy"i müvafiq olaraq Leklerin komanda yoldaşı Karlos Sayns və "Mclaren"dən Lando Norris tamamlayıb.
“Haas”dan Kevin Maqnussen və "Alpin"dən Pyer Qasli yarışı sonadək davam etdirə bilməyiblər.
Qeyd edək ki, bu gün "Formula 1"də sıralama turu da təşkil olunacaq.
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.
"Report" xəbər verir ki, yarış saat 13:30-da start götürüb.
Bu gün, həmçinin, əsas pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.