Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - YENİLƏNİB

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - YENİLƏNİB Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Formula 1
13 Sentyabr , 2024 14:31
Azərbaycan Qran-prisi: Formula 1də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - YENİLƏNİB

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.

"Report"un məlumatına görə, "Red Bull" pilotu Maks Ferstappen birinci olub.

"Mercedes"dən Lüis Hemilton ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü pillədə qərarlaşıb.

Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək.

"Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

13:30

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.

"Report" xəbər verir ki, birinci sərbəst yürüş saat 13:30-da başlayıb.

Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək.

"Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi