“Aston Martin”in direktoru: “Azərbaycan Qran Prisində maraqlı şou olacaq”

“Aston Martin”in direktoru: “Azərbaycan Qran Prisində maraqlı şou olacaq” “Azərbaycan Qran Prisində maraqlı həftəsonu şousu olacaq”.
Formula 1
24 Aprel , 2023 16:25
“Aston Martin”in direktoru: “Azərbaycan Qran Prisində maraqlı şou olacaq”

“Azərbaycan Qran Prisində maraqlı həftəsonu şousu olacaq”.

“Report”un məlumatına görə, bunu “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Aston Martin” komandasının direktoru Mayk Krak mövsümün dördüncü mərhələsi barədə danışarkən deyib.

O bildirib ki, ilk dəfə Bakıda təşkil olunacaq sprint yarışının riski böyükdür: “Çünki bolidiniz ciddi zərbə alsa, təmir etmək üçün kifayət qədər vaxtınız olmayacaq. Sprintin ertəsi günü əsas yarış olacağından, təmirə cəmi 3-4 saat ayrılacaq. Ancaq yenə də vəziyyət hamı üçün eynidir. Bakıda rəqibi ötmək o qədər də çətin deyil. Döngələrdə risk etsəniz, daha yüksək qəza riski yaranar”.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində keçiriləcək. Ayın 29-da sprint yarışı təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi