Lənkəranda karate üzrə "Dəmir Yumruq" l Açıq Respublika turniri keçirilib

Fərdi
  • 16 avqust, 2021
  • 10:39
Lənkəranda karate üzrə Dəmir Yumruq l Açıq Respublika turniri keçirilib

Lənkəranda Zəfər gününə həsr edilən karate üzrə "Dəmir Yumruq" l Açıq Respublika turnirinə yekun vurulub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda keçirilən yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Məktəb İdmanları Federasiyası dəstəyi və Bakı Karate-do Akademiyası təşkilatçılığı ilə reallaşıb.

Turnir Nazirlər Kabinetinin tələb və tövsiyyələrinə uyğun şəkildə həyata keçirilib.Yarışda ümumilikdə 20-ə yaxın komandadan 150 idmançı iştirak edib.

Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə çıxışında bildirib ki, bu günün sağlam gənci dövlətin gələcəyi, sabahın təminatçılarıdır: "Biz qələbəmizi şəhidlərimizə, qazilərimizə və siz Ali Baş komandana borcluyuq. Siz bu Qələbə ilə bütün dünyaya sübut etdiniz ki, torpaqlarının işğalı ilə barışmayan mübariz Azərbaycan xalqı var. Düşməni məğlub etməklə, həm də bölgədə qara ləkə olan erməni faşizmini məhv etdiniz. Yenilməz Azərbaycan Ordusuna eşq olsun! Tanrı Sizi qorusun! Qarabağ Azərbaycandır!”

Mükafatçılar Zəfər gününə həsr edilmiş “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif edilib.