Zaqreb Qran-prisi: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Zaqreb Qran-prisi: Azərbaycan cüdoçusu qızıl medal qazanıb Azərbaycan cüdoçusu Hidayət Heyədrov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə mübarizəya başlayıb.
Fərdi
25 Sentyabr , 2021 19:49
Zaqreb Qran-prisi: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
Hidayət Heyədrov

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə final görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı moldovalı Viktor Sterpu ilə üz-üzə gəlib. 

Qarşılaşmanın sonlarında rəqibinə ipponla qalib gələn Heydərov qızıl medal qazanıb. 

16:47

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə yarımfinal görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 73 kq-da çıxış edən 24 yaşlı idmançı rusiyalı Maxmadbek Maxmadbekovla qarşılaşıb. Rəqibinə vaza-ari xalı ilə qalib gələn Heydərov finala yüksəlib. Finalda onun rəqibi moldovalı Viktor Sterpu olacaq. 

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi Məmmədəli Mehdiyev (90 kq) isə ilk görüşünü sentyabrın 26-da keçirəcək. O, 1/8 finalda polşalı Sebastian Oldakla üz-üzə gələcək.

16:14

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə mübarizəya başlayıb.

"Report"un məlumatına görə, 73 kq-da çıxış edən idmançı 1/16 finalda israilli Yonatan Elbaz, növbəti mərhələdə isə moldovalı Petru Pelivana ipponla qalib gələrək, 1/4 finala yüksəlib. Onun bu raunddakı rəqibi Rumıniya təmsilçisi Aleksandru Rayku olub. Bu dəfə də ipponla qələbə qazanan Heydərov yarımfinala yüksəlib. 24 yaşlı cüdoçu finala vəsiqə uğrunda rusiyalı Maxmadbek Maxmadbekovla qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi Məmmədəli Mehdiyev (90 kq) isə ilk görüşünü sentyabrın 26-da keçirəcək. O, 1/8 finalda polşalı Sebastian Oldakla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi